Vəkillərə hüquqi yardımla bağlı vəsait bu qaydada ödəniləcək

Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat, cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat, cinayət mühakimə icraatı zamanı mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən edilib.

Qüvvədə olan qərara əsasən, bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilib. Dəyişikliyə əsasən, məhkəmənin bu sahədə səlahiyyəti cinayət prosesini həyata keçirən orqana verilib.

Əvvəlki məqaləHüquqi yardımla bağlı bu dəyişiklik edildi
Növbəti məqaləAçıq havada siqaret çəkənlər cərimələnəcək