Bu hərbiçilərin övladlarına da sosial müavinət veriləcək

Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq aylıq müavinət ödəniləcək.

Əvvəllər müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilirdi.

Qeyd edək ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə hər övladına aylıq 100 manat məbləğində sosial müavinət ödənəcək.

Əvvəlki məqaləSəhiyyə Nazirliyi, TƏBİB və Dövlət Agentliyi əhaliyə çağırış etdi
Növbəti məqaləFərqli peyvənd dozalarının vurulacağı hallar açıqlandı