“Müharibə veteranı” adının verilməsi məsələsi ilə bağlı rəsmi açıqlama

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı dövlət başçısı tərəfindən 2021-ci ilin sonlarında Sərəncam imzalanıb. Hazırda bu Sərəncama uyğun olaraq iş aparırıq.

APA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Onun sözlərinə görə, sərəncamda prosedurlar müəyyən olunub.

“Vətən müharibəsi iştirakçılarının siyahısı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur. Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra Nazirliyin “Zəfər” altsisteminə daxil edilir. Həmin altsistemə daxil edildikdən sonra bu şəxslərə dövlət başçısının təsis etdiyi veteran təqaüdünün təyinatını aparırıq. Siyahıların hazırlanması və Nazirlər Kabineti ilə razılaşdırma prosesi davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək”, – nazir müavini vurğulayıb.