Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər bu məbləğdə cərimələnəcək

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən ölkədə jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.

Belə ki, yeni sənədlə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.