Parlament Mərkəzi Bankla bağlı qanun layihəsini qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsini nəzərdə tutan qanun layihəsi III oxunuşda təsdiq edilib.

“Report”un xəbərinə görə, söhbət “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsindən gedir.

Sənədə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.