MSK bu dairələr üzrə şikayətləri DSK-lara göndərib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

“Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

Əvvəlki məqaləMSK sədri cəzalarla bağlı anons verdi
Növbəti məqaləMSK Fəzail Ağamalının dairəsi ilə bağlı da qərar verdi