MSK Yadigar Sadıqlının şikayətini təmin etmədi

siyasətçi
Yadigar Sadıqlı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlının müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi,DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Əvvəlki məqaləVergi ödəyiciləri ilə bağlı məlumatların çıxışı asanlaşdı
Növbəti məqaləKoalisiya Qubad İbadoğlunun qızına hücumun araşdırılmasını tələb edir