Milli Məclisə yeni sədr seçilib

Milli Məclisin sədri
Səbinə Qafarova

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

“Report” xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə oldu və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.