İşsizləri ödənişlə qeydiyyatdan keçirənlərlə bağlı bu tədbirlər görüləcək

“Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, həmin şəxslər işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər: “İşini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyllərini qəti şəkildə pisləyirik.

Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq”.

Fazil Talıbov birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladıb:

Videotəlimat:

Əvvəlki məqaləYalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
Növbəti məqaləBu diplomların tanınmasına görə dövlət rüsumu ləğv edilir