Məhkum edilmiş şəxslərin diqqətinə!

Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir.

Əvvəlki məqaləDaha bir icra başçısı işdən çıxarıldı
Növbəti məqaləPrezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi