Pandemiya dövründə təntənəli nikahların keçirilməsinə icazə verilir?

Pandemiya dövründə təntənəli nikahların keçirilməsi kimi tədbirlər təxirə salınıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova məlumat verib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, toyun tıntənəli şəkildə keçirildiyi yerdə də nikah qeydə alına bilər: “Amma pandemiya ilə əlaqədar bu tədbirlər təxirə salınıb. Bir məqamı da qeyd etmək istərdim ki, qeyrdiyyat şöbəsində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Bu otaqlarda təntənəli nikah keçirmək istəyən şəxslər müraciət edir. Bu zaman biz iştirak edənlərin sayına baxırıq. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, həm müraciət edən digər şəxslərin, həm də onların sağlamlığını düşünərək bu addımı atırıq”.

Əvvəlki məqaləRayonlara gediş-gəliş açılırmı?
Növbəti məqaləNazir idarə rəisini işdən çıxardı