Hərbi qulluqçularla bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq

“Milli Məclisin yaz sessiyasından iki qanun layihəsi – “Daxili Qoşunların statusu haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri qalıb. Həmin qanun layihələrini payız sessiyasında qəbul etməyi planlaşdırırıq ”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov həmin qanun layihələri razılaşdırmaq üçün müvafiq qurumlara göndərilib: “Ola bilər ki, biz bu qanunlara xeyli dəyişiklik edək, ya da ayrıca qanun qəbul edək. Bu, müvafiq qurumların rəylərindən asılı olacaq. Biz müvafiq qurumların rəylərini toplayırıq. Məsləhətləşmələrdən sonra konkret nəticəyə gələcəyik ki, ayrıca yeni qanun qəbul edək, yoxsa mövcud qanunlara əlavə və dəyişikliklərlə kifayətlənək”.

Əvvəlki məqaləSahibkarlara avqust ayında nə qədər vəsait ödənilib?
Növbəti məqaləEkspert: “Bu addım taksi sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq”