Nazirlər Kabinetinin qərarı repetitorlara da aiddir?

“Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssisələrinə aiddir. Repetitor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.

“Report” xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, təhsil kursları ilə bağlı bəlli bir tələblər var:

“Adətən kurslara gedən şagirdlər yuxarı sinif şagirdləridir. Onların qaydalara əməl etməsinə nəzarət daha rahatdır”.

Əvvəlki məqaləTəhsil nazirindən tətil açıqlaması
Növbəti məqaləKarantin rejimi yenidən sərtləşdirildi