Müəllim olmaq istəyənlərin nəzərinə!

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

“Report” xəbər verir ki, MS Teams platforması üzərindən həyata keçiriləcək müsahibələr fevralın 5-dən etibarən başlanılacaq.

Onlayn müsahibə mərhələsinə 2 948 nəfər dəvət olunub. Həmçinin namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.

Əvvəlki məqaləŞəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı narkotik vasitələrin sayı artırılır – SİYAHI
Növbəti məqaləMilli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçiriləcək