Bakı Nəqliyyat Agentliyi yeni piyada keçidi təşkil edib

Bakı Nəqliyyat Agentliyi paytaxtın Mir Cəlal küçəsində yeni nizamlanan eyni səviyyəli piyada keçidi təşkil edib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, sözügedən ərazidə 238 saylı uşaq baxçası, 247 saylı orta məktəb yerləşməklə yanaşı, sıx məskunlaşma da mövcuddur.

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss edilə bilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizlik səviyyəsi artırılıb.

Əvvəlki məqaləBakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Növbəti məqaləDövlət İmtahan Mərkəzində dərsliklərin monitorinqi aparılıb