Məktəbə hazırlıq qruplarına qeydiyyatın bu tarixdə başlanması gözlənilir

“Məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Report”un sualını cavablandırarkən deyib.

O qeyd edib ki, qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir: “Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.

Əvvəlki məqaləBu halda birinci sinfə qeydiyyat ənənəvi qaydada aparıla bilər
Növbəti məqaləYaşı 8-dən yuxarı uşaqların təhsilə cəlb olunması ilə bağlı açıqlama