Artıq ödənilmiş vergilərin qaytarılması asanlaşdırılır

Azərbaycanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması asanlaşdırılır.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə geriyə ödəniş yazılı ərizəyə əsasən, 45 gün ərzində həyata keçirilir. Müvafiq qanun layihəsində isə yazılı ərizə tələbinin ləğv edilməsi öz əksini tapıb, geriyə ödənişin yalnız ərizə əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Əvvəlki məqaləAvtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək
Növbəti məqaləHərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun dəyişdirilir, yeni mexanizm yaradılır