Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı qayda təsdiq edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı hesabatların siyahısı, formaları və dövriliyinə dair Qayda”sını təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı qurumun sədri Taleh Kazımov imzalayıb.

Qərarla AMB-nin hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.