Sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənir

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri göstərənlər icazə almalı olacaqlar.

“Report” xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Həmin icazələr aşağıdakılardır;

-Azərbaycan ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm daşımalarına buraxılış vəsiqəsi;

-Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi:

-Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi:

-Taksi sifariş operatoru fəaliyyətinə icazə:

Bununla da, sərnişin və yük daşımalarında lisenziya tələbi icazə tələbi ilə əvəzlənir.