Dövlət bayrağı, gerbi və himni ilə bağlı Konstitusiya qanunları qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihələri müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihələr barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihələrdə hər üç atribut barədə daha geniş təsvir verilir. Layihələr səsə qoyularaq qəbul olunub.