“Təhsil haqqında” qanuna dəyişikliklər edilib

Milli Məclisin iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Layihədə pedaqoji fəaliyyətin tənzimlənməsi, təhsilverənlərin əmək münasibətləri və sair məsələlər yer alıb. Bununla bağlı Əmək Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edilib.

Layihələr ayrılıqda səsə qoyularaq qəbul olunub.