Bakı Şəhər İcra Hakimiyyətinin qurumları niyə ləğv edilib?

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qurumun bir neçə idarəsinin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

BŞİH-dən “Report”a bildirilib ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.

Qeyd olunub ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə əksini tapmayıb. Bunlar Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, İqtisadiyyat Komitəsi, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzidir. Həmin idarələrin rəhbərləri və digər işçiləri sərəncama götürülüb.

Bundan başqa, şəhər icra hakimiyyəti başçısı Aparatında da bəzi şöbələrin əsasında yeni şöbələr yaradılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.