Yeni poçt vərəqi tədavülə buraxılıb (FOTO)

“Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı olan “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu” adlı poçt vərəqini tədavülə buraxıb.

Trend-in “Azərpoçt” MMC-yə istinadən verdiyi məlumata görə, orijinal poçt vərəqi 6 markadan ibarətdir.

Kiçik vərəqin ölçüsü 151×144 mm, markanın ölçüsü isə 37×52 mm-dir. Vərəqə daxil olan markalar:

1. Texas ağacdələni – 0.2 AZN
2. Qaratoyuq – 0.3 AZN
3. Hildebrandt sığırçını – 0.6 AZN
4. Adi sığırçın – 0.2 AZN
5. Qırqovul – 0.3 AZN
6. Şanapipik – 0.6 AZN

Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Bunlara əlavə olaraq “Birinci gün” zərfləri də hazırlanıb. Zərflərin sayı isə 200 ədəddir.

Layihənin rəssamı Nərmin Abdullayeva, dizayneri isə Anar Mustafayevdir.