Bakı Dövlət Universitetinə yeni rektor təyin edildi

Elçin Səfəralı oğlu Babayev Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Atası Səfəralı Babayev AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent E.Babayev həm də Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavinidir.