Ömürlük məhkum edilmiş şəxslər əfv edilib

Azərbaycanda 1995-2019-cu illər aralığında ömürlük azadlıqdan məhrum edilmiş 35 nəfər əfv olunub.

ONA-nın xəbərinə görə, bunu “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əfv olunması zamanı zərərçəkmiş tərəf mütləq nəzərə alınmalı, tərəflər arasında barışıq əldə olunmalıdır.

Ə.Nuriyev Azərbaycanın cəzaçəkmə müəssisələrində təxminən 19 min nəfər məhkumun olduğunu da qeyd edib.

Əvvəlki məqaləBoşanma ilə bağlı yeni mexanizm
Növbəti məqaləMüəllimlərlə bağlı yeni müsabiqə keçiriləcək