İki vəkilin fəaliyyətinə qoyulmuş məhdudiyyətin müddəti bitib

Azərbaycanda iki vəkilin fəaliyyətinə qoyulmuş 1 illik məhdudiyyətin müddəti yekunlaşıb.

“Report”un xəbərinə görə, bunlar Əsabəli Mustafayev və Nemət Kərimlidir.

Ötən il aprelin 23-də Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti onların vəkillik fəaliyyətinin birillik dayandırılması barədə qərar qəbul etmişdi.