Bələdiyyə seçkilərində iştirak edənlərin ilkin sayı açıqlandı

“Bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 4765 nəfər müraciət edib”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, müraciət edənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Əvvəlki məqaləVəkilliklə bağlı imtahan olacaq
Növbəti məqaləUSAID yerli icmalarla layihələr həyata keçirir