Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

Onun vəzifələri Mərkəzi Banka həvalə edilib

Prezident İlham Əliyev maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Mərkəzi Bankına verilib.

Əvvəlki məqaləMilli Məclisin buraxılmasının hüquqi mexanizmi necədir?
Növbəti məqaləƏlilliyi olan şəxslərlə bağlı qanuna dəyişiklik təklif edilir