
Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“Report”un xəbərinə görə, sərəncamla Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsindən azad olunub.
Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.