MSK seçki məntəqələrində bu cihazı quraşdıracaq

“Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq, bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin ediləcək: “Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.

Əvvəlki məqaləBələdiyyə seçkilərində “Exit-poll” keçiriləcək?
Növbəti məqaləDirektorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edildi