Ödəniş xidmətləri barədə qanun layihəsi hökumətə təqdim edilib

Azərbaycan Mərkəzi Bankı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsini aidiyyəti qurumlarla razılaşdıraraq hökumətə təqdim edib.

“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

O, həmçinin deyib ki, bu ilin I rübündə Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 4,4 milyard manatı olub.