Telefonla da sosial məsələləri öyrənə bilərsiniz (VİDEO)

Azərbaycanın Vahid Sosial Reyestri olan e-sosial.az internet portalından rahat istifadə və portalın daha əlçatan olması məqsədilə “Android” və “İOS” əməliyyat sistemi üçün tətbiqlər də fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, bu mobil tətbiqi yükləyərək sosial müdafiə hüquqlarınız barədə bütün suallara bir pəncərədə cavab tapmaq olar.

Mobil tətbiqdə qeydiyyat çox sadədir. İstifadəçilərdən yalnız istifadəçi adı, şifrə, adınıza olan mobil nömrə, elektron poçt ünvanı və FİN nömrənizi qeyd etmək tələb olunur.

16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən portalda əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya kimi müxtəlif sahələrin elektron bazasına çıxış imkanı var.

Qeyd edək ki, 2020-ci il ərzində e-sosial.az portalına “Android” əməliyyat sistemi vasitəsilə 32 050, “İOS” platforması üzərindən 31 186 müraciət daxil olub.

Əvvəlki məqaləTəhsil müəssisələrində dərslər başlayır? RƏSMİ AÇIQLAMA
Növbəti məqaləBu mallar rüsumdan azad edildi