Müharibə əlilləri bir sıra dövlət rüsumlarından azad edilir

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra güzəştlər müəyyənləşdirilir.

APA-nın məlumatgına görə, bununla bağlı “Dövlət rüsumu” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri və şikayətlərin hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, o cümlədən mənzil (ev) alqı-satqısı zamanı notariat hərəkətlərinin aparılması ilə əlaqədar dövlət rüsumundan azad edilirlər.

Əvvəlki məqaləEtik davranış qaydaları ən çox pozulan icra hakimiyyətləri – SİYAHI
Növbəti məqaləƏlilliyin müəyyən olunması üzrə yeni meyarların detalları açıqlandı