Daha bir prokuror işdən çıxarıldı

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Facebook” profilində məlumat yayıb.

Eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Əvvəlki məqaləSosial yardımın təyin olunma qaydası dəyişdi
Növbəti məqaləMüəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama