Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 iyun tarixindən 5 iyul tarixinədək xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq:
Bu barədə “Report” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq;
Vətəndaşların yerində qəbulu dayandırılacaq;
DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.
Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:
1 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: [email protected]
Müavinətlər üzrə müraciətlər: [email protected]
Təqaüdlər üzrə müraciətlər: [email protected]
Məşğulluq üzrə müraciətlər: [email protected]
Ümumi məsələlər üzrə müraciətlər: [email protected]
2 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: [email protected]
Müavinətlər üzrə müraciətlər: [email protected]
Təqaüdlər üzrə müraciətlər: [email protected]
Məşğulluq üzrə müraciətlər: [email protected]
Ümumi məsələlər üzrə müraciətlər: [email protected]
3 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: [email protected]
Müavinətlər üzrə müraciətlər: [email protected]
Təqaüdlər üzrə müraciətlər: [email protected]
Məşğulluq üzrə müraciətlər: [email protected]
Ümumi məsələlər üzrə müraciətlər: [email protected]
Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.