“Azərbaycanda regionlar koronavirusa yoluxma sayına görə rəng olaraq fərqləndirilib. Bu səbəbdən yüksək riskli hesab olunan regionlarda karantin qaydalarına nəzarət nisbətən ciddi aparılır”.
Bu barədə Oxu.Az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.
H.Harmancının sözlərinə görə, belə tədbirlərin görülməsi doğru addım hesab olunur:
“Regionların rəng sisteminə bölünməsi, həmin bölgələrdə daha sərt karantin tədbirlərinin tətbiqi müsbət nəticələr verir. ÜST belə tədbirlərin görülməsini dəstəkləyir”.