“Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır”.
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, beynəlxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq: “Növbəti illərdə həmin dərsliklərin tətbiqi ilə daha müsbət nəticələr əldə ediləcək”.