İnformasiya mənbələrinin hansı hallarda açıqlanmasına dair tələblər müəyyənləşib

Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər müəyyənləşib.

“Report”un xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

1. insan həyatının müdafiəsi üçün;

2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;

3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

4. Bu qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.

Əvvəlki məqaləÇap və onlayn medianın fəaliyyətinə hansı hallarda xitam veriləcəyi məlum oldu
Növbəti məqaləHərbi və terror əleyhinə əməliyyatlar zamanı medianın fəaliyyəti müəyyən edilir