Bu şəxslər uşaqlarla bağlı işə qəbul edilməyəcək

Cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul edilməyəcək.

“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə yeni 17-1-ci maddə (Uşaqlarla müntəzəm təmasla əlaqədar işlərin görülməsinə qoyulan məhdudiyyətlər) əlavə olunur.

Yeni maddəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməyəcəklər.