Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində sığorta təbliğat qrupu yaradılacaq

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin PR menecerləri ilə görüş keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi sığorta sektorunun düzgün təbliği üçün PR Strategiyasının hazırlanması üzrə müzakirələrin aparılmasından ibarət olub.

ASA-nın sədri qeyd edib ki, sığorta sektorunun işinin effektivliyi yalnız sığorta sahəsinin əməkdaşlarından asılı deyil və buna görə də qeyri-sığorta sahəsində baş verən axsamalar sığorta sahəsinə olan inam və etibarı zədələyir. Hal-hazırda sığorta bazarına qarşı cəmiyyətdə etimadsızlığın səbəblərindən birinin sığorta bazarının istehlakçılara düzgün təqdim edilməməsindən ibarət olduğunu qeyd edib.