Bundan sonra rektorlar necə müddətlik təyin ediləcək?

Bundan sonra Azərbaycanın dövlət ali məktəblərində rektorlar 5 il müddətinə təyin ediləcək. Bu, dövlət başçısının ötən gün imzaladığı “Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi haqqında fərmanda nəzərdə tutulur.

Lakin eyni şəxsin neçə dəfə rektor təyin edilməsinin mümkünlüyü açıqlanmır. Rektorların səlahiyyətlərinin müddəti məsələsi 20 il BDU-ya rəhbərlik etmiş rektor Abel Məhərrəmovun bu yaxınlarda işdən çıxarılmasından sonra aktuallaşıb.

Turan