Hakimlərin sayı artırılacaq

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq.

“Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda öz əksini tapıb.

Fərmanda qeyd olunub ki, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılsın.