Uşaq bağçalarında çalışanların sertifikasiyadan keçməsi qaydası hazırlanacaq

Bu ayın sonunadək uşaq bağçalarında çalışanların sertifikasiyadan keçməsi qaydası hazırlanacaq.

“Report” xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu ay ərzində builki sertifikatlaşdırma nəticəsi barədə təhlillər aparmaq mümkün olacaq: “Uşaq bağçalarında çalışanların sertifikatlaşdırmadan keçirilməsi ilə bağlı ayın sonuna kimi qaydalar hazırlanacaq”.