TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

“Xəstəliyə yoluxmuş şəxsləri və xüsusilə 65 yaşdan yuxarı şəxsləri evdən çıxmamağa çağırırıq”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Qaydalara riayət edilməsi sahəsində boşluqlar yaranarsa, sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər”, – o bildirib.

Əvvəlki məqaləMüdafiə Nazirliyi bir qrup hərbçinin tərxisi ilə bağlı vətəndaşlara müraciət edib
Növbəti məqalə“Azərbaycan Banklar Assosiasiyası” müharibə iştirakçılarının kredit borcu ilə bağlı bəyanat yaydı